“PSJ” baş məşqçisi Tomas Tuhellə yeni müqavilə imzalayıb.

SİA-nın klubun saytına istinadən yaydığı xəbərə görə, alman mütəxəssislə 2020-ci ilin iyununda başa çatacaq müqavilənin müddəti daha 202-ci ilin iyununa qədər uzadılıb.

Qeyd edək ki, T.Tuhel 2018-ci ildən Paris təmsilçisini çalışdırır. Onun rəhbərliyi altında komanda Fransa çempionu olub və ölkə superkubokunu qazanıb. UEFA Çempionlar Liqası turnirinin 1/8 final mərhəlisində isə onun komandası “Mançester Yunayted”ə uduzub.

Xatırladaq ki, son vaxtlar T.Tuhelin komandasındakı Neymar və Mbappe kimi ulduz futbolçularla dil tapa bilməməsi səbəbindən istefaya göndəriləcəyi iddia olunurdu.

Bütün xəbərlər Facebook səhifəmizdə