"Beşiktaş" baş məşqçisi Şenol Günəşlə yollarını ayırıb. SİA-nın məlumatına görə, bu haqda klubun sosial şəbəkə hesabında xəbər yayımlanıb.
Rəhbərlik 66 yaşlı mütəxəssisə gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, İstanbul təmsilçisi Ş.Günəşin rəhbərliyin altında 2 dəfə Türkiyə çempionu olub. 2015-ci ildən "Beşiktaş"ı çalışdıran Türkiyə millisinin baş məşqçisi bundan sonra yalnız yığmada fəaliyyət göstərəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə