"Yuventus" klubunun rəhbərliyi mayın 17-də baş məşqçi Massimiliano Alleqri ilə daha bir görüş keçirəcək. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, tərəflər əməkdaşlığın uzadılması barədə hələ də razılığa gələ bilmirlər.
Alleqri "Yuventus"un rəhbərləri ilə artıq iki dəfə görüşüb. Mayın 16-da baş tutan əvvəlki görüşdə baş məşqçi ilə klubun prezidenti Andrea Anyelli, klubun direktoru Pavel Nedved və idman direktoru Fabio Paratiçi görüşüb.
Alleqri rəhbərlikdən əmək haqqının sanballı şəkildə artırılması şərti ilə 2022-ci ilə qədər müqavilə imzalanmasını istəyib. 51 yaşlı mütəxəssis eləcə də, transfer məsələlərində, həmçinin müdafiə və yarımmüdafiənin möhkəmləndirilməsinə vəsaitin ayırlması işində daha çox imtiyaz əldə etmək tələbi irəli sürüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB