"Zirə"nin kapitanı komandadan ayrıldı

"Zirə"nin kapitanı komandadan ayrıldı

"Zirə"nin kapitanı Kamal Bayramov komandadan ayrılıb. Bu barədə Qol.az-a 34 yaşlı qapıçı özü məlumat verib. Bayramov klubun ona yeni müqavilə təklif etdiyini, ancaq maliyyə şərtlərində razılaşmadıqlarının bildirib. Qeyd edək ki, 2015-ci ildən "Zirə"dən çıxış edən K.Bayramov başa çatan mövsüm 15 oyunda meydana çıxıb və 17 qol buraxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə