Avrokuboklar tarixində ilk yaşanıb

Avrokuboklar tarixində ilk yaşanıb

Xəbər verdiyimiz kimi, Çempionlar Liqasının və Avropa Liqasının finalçıları müəyyənləşib. SİA-nın məlumatına görə, hər iki turnirin finalında İngiltərə klubları qarşılaşacaq. Bu isə avrokuboklar tarixində bir ilk olacaq. Belə ki, indiyədək eyni mövsümdə hər iki turnirin finalçıları eyni ölkəni təmsil etməyib.

Qeyd edək ki, Avropa Liqasının final iyunu mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək və "Arsenal"la "Çelsi" qarşılaşacaq. Çempionlar Liqasının iyunun 1-də Madriddəki "Vanda Metropolitano" stadionunda baş tutacaq finalında isə "Liverpul"la "Tottenhem" üz-üzə gələcək.

Bütün xəbərlər Facebook səhifəmizdə