UEFA Çempionlar Liqasının ilk finalçısı müəyyənləşib.
SİA-nın məlumatına görə, ilk yarımfinal cavab matçında "Liverpul" "Barselona"nı qəbul edib. "Nou Kamp"dakı matçda "Barselona"nın 3 cavabsız qolla qalib gəlməsinə və finala yaxın olmasına baxmayaraq, “Liverpul” əsl mübarizə ruhu göstərərək ulduzlar komandasını 4:0 hesabı ilə məğlub edib.
Bu qələbə nəticəsində “Liverpul” böyük sensasiya yaradaraq adını finala yazdırıb.
Qeyd edək ki, yarımfinalın digər cavab matçında bu gün "Ayaks" "Tottenhem"i qəbul edəcək.
"Liverpul" (İngiltərə) - "Barselona" (İspaniya) - 4:0
Qollar: Origi, 7 (1:0), Veynaldum, 54 (2:0), 56 (3:0), Origi, 79 (4:0)
İlk oyun - 0:3
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB