"Mən yeni çağırış axtardığım üçün "Barselona"dan getdim. Yeni macəra yaşamaq istədim". Bu sözləri PSJ-nin futblçusu Neymar ESPN-ə açıqlamasında deyib. Braziliyalı hücumçu növbəti dəfə "Barselona"dan ayrılmasından danışıb. O, Kataloniya klubunu tərk etmək qərarını çox çətinliklə verdiyini bildirib: "Barselona" həmişə məni heyran edib. İndi də bu klubu sevirəm. Klubu dəyişmək qərarı çox çətin idi. Tərəddüd edirdim. Bəzi anlarda fikrimdən daşınmaq istəyirdim. İki həftə bu cür tərəddüd içində olmuşam".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB