Ronaldo ilə İrina Şeyk arasında müqavilə var imiş

Ronaldo ilə İrina Şeyk arasında müqavilə var imiş

Rusiyalı teleaparıcı Viktoriya Bonya "Yuventus"un futbolçusu Kriştiano Ronaldo ilə rusiyalı model İrina Şeykin münasibətləri barədə danışıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Ronaldo ilə Şeykin münasibətlərinə 2015-ci ildə son qoyulub. Bonya bildirib ki, onlar bu münasibətə aralarında bağladıqları müqavilənin müddəti başa çatdığı üçün son qoyublar:

"İndi qadınlar hər şeyə hazırdırlar. İrina Şeyklə Kriştiano Ronaldonun 5 illik müqavilələri var idi. Müqavilə başa çatdı, onların da münasibətinə son qoyuldu. Məndə olan məlumata görə, Ronaldonun yeni sevgilisi ilə də məhz belə müqaviləsi var. Amma mən özümə belə həyat tərzini rəva görə bilmərəm. İstəyirəm ki, normal ailəm olsun”.

Şeyklə Ronaldo 2010-2015-ci illərdə görüşüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə