“Fikrimcə, heç nədən xal itirdik. Deməzdim ki, rəqibimiz bu gün yaxşı oynadı. Sadəcə, biz özümüz bu oyunu əldən verdik. Bu, futboldur. Nəticədən dərs almaq və çempionluq uğrunda mübarizəni davam etdirmək lazımdır”. Bu sözləri “Neftçi”ni futbolçusu Kiril Petrov Azərbaycan Premyer Liqasının 24-cü turunda səfərdə "Səbail"lə keçirilən oyundan (2:2) sonra jurnalistlərə açıqlamasında deyib. O, qarşıdakı oyunlara köklənməli olduqlarını söyləyib: “Bu nəticənin komandaya hər hansı bir böyük təsir göstərəcəyini deməzdim. Çünki əvvəlki turlarda biz də xal itirmişik, “Qarabağ” da. Bu oyunu yaddan çıxarıb, qarşıdakı matçlara köklənməliyik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB