Liverpul liderliyini qoruyub

İngiltərə Premyer Liqasında 34-cü turun oyunları davam edir.

SİA-nın məlumatına görə, bu turun əsas oyunu”Enfild”stadionunda keçirilib.

Çempionatın lideri “Liverpul” əzəli rəqibi “Çelsi”ni qəbul edib. Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları 51-ci dəqiqədə S.Mane və 53-cü dəqiqədə M.Salah vurublar.

Bu qələbə ilə xallarının sayını 85-ə çatdıran “Liverpul” liderlik mövqeyini möhkəmləndirib. Onu bir oyun az keçirməklə və 83 xalla “Mançester Siti” izləyir.

“Çelsi” isə 66 xalla 4-cü pillədə qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə