Əzəli rəqibi "Real Madrid"lə aralarında olan xal fərqinin elə də yüksək olmaması "Barselona" rəhbərliyini komandanı daha da gücləndirmək və qarşıdakı prinsipial oyunlarda xal itirməmək üçün, eyni zamanda bu il də çempionluğu qazanmaq üçün mühüm addımlar atmağa sövq edir.
Siasport.az saytı xəbər verir ki, "Barselona"nın baş məşqçisi Xose Qvardiola, Fransa Çempionatının ikinci liqasında çıxış edən "Grenoble" komandasında futbol həyatı yaşayan, eyni zamanda 19 yaşlılardan ibarət Fransa milli komandasında da çıxış edən türk əsilli Atilla Turanı "Barselona" klubunda görmək istəyir.
Türk əsilli fransız futbolçunun adı son günlər fasiləsiz olaraq "Barselona" ilə hallandırılır. Buna əsas səbəb isə, keçən həftə katalon klubundan olan menecerlərin növbəti qarşılaşmada onu izləmələridir. Futbolçunun özü də "Barselona" tərəfindən diiqət mərkəzində saxlanmasını bilir."Frans Football" nəşrinin yaydığı xəbərə əsasən, futbolçu "Barselona" tərəfindən ona göstərilən diqqətdən məmnun olduğunu və qürur hissi keçirdiyini dilə gətirərək deyib ki, indi daha çox məşq etmək, futbolun incəliklərinə yiyələnmək və komandasına kömək etməyi düşünür.
Artıq A.Turanın meneceri Sebastiyen Thierryinin "Barselona" təmsilçiləri ilə sıx əlaqədə olduğu bildirlir. Bundan başqa "Barselona"nın baş məşqçisi X.Qvardiolanın da yaxın 2-3 il ərzində türk əsilli futbolçunun heyətə cəlb olunması üzərində israr etdiyi verilən xəbərlər arasındadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB