Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda "Mançester Siti"yə qalib gələn (1:0) "Tottenhem" ağır itki ilə üzləşib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, qarşılaşmanın 56-cı dəqiqəsində xəsarət alaraq meydanı tərk edən 25 yaşlı hücumçunun durumu kifayət qədər ciddidir.
Bu barədə London klubunun baş məşqçisi Maurisio Poçettino açıqlama verib. Baş məşqçi bildirib ki, Keyn mövsümün sonunadək oyanamaya bilər: "Onun topuğu burxulub. Görək, hadisələr necə davam edəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB