Neftçi liderliyini qorudu

Topaz Premyer Liqasının 23-cü turunun ilk oyun günündə ikinci oyun da başa çatıb.

SİA-nın məlumatına görə, çempionatın lideri "Neftçi" "Zirə"ni qəbul edib. "Bakcell Arena" da keçirilən görüş meydan sahiblərinin 4:2 hesablı qələbəsi ilə başa çatıb. Çempionatın bombardiri Baqali Dabo het-triklə yadda qalıb. Bu qələbədən sonra "Neftçi" xallarının sayını 51-ə çatdırıb və liderlik mövqeyini qoruyub.

Qeyd edək ki, tura sabah keçiriləcək "Qəbələ"-"Qarabağ" və "Sabah"-"Səbail" oyunları ilə yekun vurulacaq.

6 aprel (şənbə)

Topaz Premyer Liqası, 23-cü tur

18:00. "Neftçi" – "Zirə" - 4:2
Qollar: Dabo,40 (1:0), Krivotsyuk, 44 (2:0), Kqasvane, 59 (2:1), Namiq Ələsgərov, 61 (3:1), Kqasvane, 80 (3:2), Dabo,87 (4:2)
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Rövşən Rəcəbov
"Bakcell Arena"

Bütün xəbərlər Facebook səhifəmizdə