Roberto Mançini yeni mükafata layiq görülüb

Roberto Mançini yeni mükafata layiq görülüb

İtaliya millisinin baş məşqçisi Roberto Mançini yeni mükafata layiq görülüb. SİA-nın məlumatına görə, bu barədə İtaliya Futbol Federasiyasının rəsmi saytı xəbər yayıb. Bildirilir ki, Mançini 2011-ci ildən bəri təsis olunan və ilin ən yaxşı məşqçisinə təqdim edilən Enso Bearzota adına mükafatın sahibi olub.

Qeyd edək ki, İtaliyada 2018-ci ilin ən yaxşı məşqçisi adına Atalanta-nın çalışdırıcısı Can Pyero Qasperini və Milan-ın baş məşqçisi Cennaro Qattuzo da namizəd idi.

Bütün xəbərlər Facebook səhifəmizdə