Şəhriyar Rəhimov: "Son saniyəyə qədər mübarizə aparmaq lazımdır"

Şəhriyar Rəhimov: "Son saniyəyə qədər mübarizə aparmaq lazımdır"

"Üç xal qazandığımıza və qalib gəlməyimizə görə çox şadam. Həmişə son saniyəyə qədər mübarizə aparmaq lazımdır". SİA-nın məlumatına görə, bu sözləri "Səbail"in futbolçusu Şəhriyar Rəhimov deyib.

O, Topaz Premyer Liqasının 22-ci turunda səfərdə "Zirə"yə 2:1 hesabı ilə qalib gəldikləri oyunu şərh edib. Matçın son saniyələrində komandasına qələbə qazandıran qolu vuran təcrübəli müdafiəçi növbəti görüşün vacibliyini vurğulayıb: "İrəlidə "Sabah"a qarşı çətin oyunumuz var. Tamamilə bu oyunun hazırlığına köklənmişik".

Qeyd edək ki, "Sabah" - "Səbail" oyunu aprelin 7-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə