Azərbaycanın tanınmış qrossmeysteri, mərum Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “ShamkirChess 2019” superturnirinin ikinci turunda dünya çempionu Maqnus Karlsenə (Norveç) məğlub olan sabiq dünya çempionu Vişvanatan Anand (Hindistan) mətbuat konfransını yarımçıq tərk edib.
SİA-nın məlumatına görə, şahmatçı konfransa gələn kimi getməli olduğunu bildirərək, öncə ona sual verilməsini istəyib. V.Anand oyunu qısa şərh edərək, digər sualları cavablandırmadan, rəqibi M.Karlsenin fikirlərini bildirməsini gözləmədən əsəbi halda konfransı tərk edib.
Qeyd edək ki, ikinci turdan sonra V.Anandın aktivində 0.5 xal var. M.Karlsen isə bu oyundan sonra xalını 1.5-ə yüksəldib.
Müəllif: Elgün Vidadioğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB