"Çelsi" və "Qalatasaray"ın sabiq futbolçusu Didye Droqba gələcək planları haqda danışıb. Qol.az xəbər verir ki, ötən ilin noyabrında futbolçu karyerasını başa vuran 41 yaşlı veteran hücumçu hələlik dəqiq qərar vermədiyini deyib: “İş axtarıram. Hazırda vaxtımı istirahət və digər işlərlə keçirirəm. Fil Dişi Sahilində fondum var. Bundan başqa, səyahət edirəm. Maraqlı insanlarla rastlaşıram. Baş məşqçi ola bilərəm? Niyə də yox. Hətta indi də buna hazıram. Bəyəndiyim işlə məşğul olacam”.
Xatırladaq ki, Droqba karyerası ərzində "Çelsi" və "Qalatasaray"dan başqa, Fransada "Marsel", Çində "Şanxay Şenxua", Kanadada "Monreal İmpakt" klublarının şərəfini qoruyub. Veteran futbolçu son olaraq MLS-in aşağı liqasında iştirak edən və özünün də sahibi olduğu "Finiks Rayzinq" klubunda çıxış edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB