"Lion"un 5 azarkeşi İspaniyada hücuma məruz qalıb

"Lion"un 5 azarkeşi İspaniyada hücuma məruz qalıb

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda İspaniya "Barselona"sı ilə matçdan öncə "Fransa"nın "Lion" komandasının beş azarkeşi hücuma məruz qalıb. "Report" "Mundo Deportivo"ya istinadən xəbər verir ki, fransız klubunun dörd fanatına bibər qazı ilə hücum olunub.

Fransa təmsilçisinin bir azarkeşi isə başından zədə alaraq xəstəxanaya yerləşdirilib. Polis fanatlara hücum edən şəxsləri axtarır.

Bütün xəbərlər Facebook səhifəmizdə