İngiltərənin “Tottenhem” klubunun rəhbərliyi “Real”ın hücumçusu Qaret Beyli komandaya qaytarmaq niyyətindədir.
Xarici KİV-lərin yazdığına görə, 29 yaşlı uelsli hücumçu yay transfer pəncərəsində İngiltərəyə qayıda bilər. Madrid təmsilçisinin Zinəddin Zidanı yenidən baş məşqçi təyin etməsi Qaret Beylin bu keçidə razılaşmasına səbəb olacaq. Beylin daha əvvələr fransalı məşqçi ilə münasibətinin yaxşı olmaması yayda transfer məsələsində rol oynaya bilər.
Hücumçu üçün daha əvvəl İtaliyanın “Fiorentina” klubu 78 milyon avrodan çox vəsait ödəməyə hazır olduğunu bildirmişdi. Qaret Beyl cari mövsümdə Madrid təmsilçisinin heyətində 34 oyunda 13 dəfə fərqlənməyi bacarıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB