"Barselona”–“Lion” matçını polşalı hakim idarə edəcək

"Barselona”–“Lion” matçını polşalı hakim idarə edəcək

UEFA Çempionlar Liqasının 1/8 finalının cavab oyunları çərçivəsində keçiriləcək iki görüşün hakimləri açıqlanıb.
UEFA-nın saytında yer alan xəbərə görə, “Bavariya” – “Liverpul” matçını Daniel Orsato idarə edəcək. "Barselona” – “Lion” oyunu isə polşalı Şimon Marçinyaka tapşırılıb. Martın 14-də keçiriləcək görüşlər Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Xatırladaq ki, komandalar arasında keçirilən hər iki görüş qolsuz başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə