Millinin baş məşqçisi "Neftçi”nin qonağı olub

Millinin baş məşqçisi "Neftçi”nin qonağı olub

Azərbaycan milli komandasının yeni baş məşqçisi Nikola Yurçeviç "Neftçi”nin qonağı olub. SİA-nın məlumatına görə, xorvatiyalı mütəxəssislə görüşdə klub prezidenti Kamran Quliyev, idman direktoru Ceyhun Sultanov, baş məşqçi Roberto Bordin iştirak edib.

Tədbirdə "Neftçi”nin son zamanlar milli komandaya dəvət olunmuş və digər yerli futbolçuları ilə bağlı fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə