"Tottenhem"in baş məşqçisi 2 oyunluq cəzalandırıb

"Tottenhem"in baş məşqçisi 2 oyunluq cəzalandırıb

İngiltərə Futbol Federasiyası "Tottenhem"in baş məşqçisi Maurisio Poçettinonu 2 oyunluq cəzalandırıb. Qurumun rəsmi saytında yer alan xəbərə görə, buna 47 yaşlı çalışdırıcının Premyer Liqasında 27-ci turunda “Bernli”yə məğlub olduqları (1:2) oyunda hakim Mayk Dinə sərt şəkildə etirazı səbəb olub. Bundan başqa, argentinalı mütəxəssis 10 min funt sterlinq məbləğində cərimələnib.

Beləliklə, M. Poçettino növbəti turlarda keçiriləcək “Sauthempton” və “Liverpul” oyunlarını tribunadan izləməli olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə