İsveçrəli Rojer Federer Peşəkar Tennis Assosiasiyasının (ATP) Dubayda təşkil etdiyi turnirin qalibi olub. Belə ki, isveçrəli tennisçi finalda Yunanıstan təmsilçisi Stefanos Tsıtsipası məğlub edib - 6:4, 6:4. Federer üçün bu titul karyerasında 100-cü olub. Rojer Federer tennis tarixində bu nailiyyəti təkrarlayan ikinci idmançı olub. Bundan əvvəl 100 titulu hazırkı rekordçu amerikalı tennisçi Cimi Connors (109) qazanıb.
Rojer tennis tarixində “Böyük dəbilqə” seriyalı turnirlərində ən çox - 20 dəfə qalib gələn ilk idmançıdır. O, həmçinin 2008-ci və 2012-ci illərdə Olimpiya Oyunlarında fəxri kürsün ən yüksək pilləsinə qalxmağa nail olub. Federer ATP-nin reytinqində 310 həftə liderliyini qoruyan yeganə tennisçidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB