I Divizionda 18-ci turun 3 oyunu canlı yayımlanacaq

I Divizionda 18-ci turun 3 oyunu canlı yayımlanacaq

Futbol üzrə Azərbaycan I Divizionunda 18-ci turun görüşlərindən 3-ü canlı yayımlanacaq. SİA-nın məlumatına görə, lider MOİK səfərdə 1 xal qabaqladığı "Sumqayıt-2"nin qonağı olacaq. Martın 7-də baş tutacaq görüş "CBC Sport" kanalı vasitəsiylə canlı yayımlanacaq.

Günün digər görüşündə "Şüvəlan" "Neftçi-2"ni qəbul edəcək. Sözügedən qarşılaşma Peşəkar Futbol Liqasının "YouTube" kanalında canlı yayımda təqdim ediləcək.

Martın 8-də "Turan Tovuz" "Qaradağ Lökbatan"la üz-üzə gələcək. Tovuzda reallaşacaq görüşü PFL-in "YouTube" kanalı canlı yayımlayacaq.

Qeyd edək ki, hər üç oyun saat 15:00-da start götürəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə