İngiltərənin “Liverpul” futbol klubunun hollandiyalı müdafiəçisi Virgil van Diyk fevral ayının ən yaxşı futbolçusu elan edilib. Klubun saytında yer alan məlumata görə, 27 yaşlı hollandiyalı müdafiəçi Peşəkar Futbol Assosiasiyası (PFA Fans) tərəfindən fevralda ən yaxşı futbolçu seçilib. Müdafiəçi bu mükafatı qazanmaqla “Mançester Siti”nin hücumçuları Serxio Aquera, Rahim Sterlinq və müdafiəçi Emerik Laport, “Burnley”in Eşli Barnes və “Mançester Yunayted”in yarımmüdafiəçisi Pol Poqbanı üstələyib.
Virgil van Diyk bu mükafatı cari mövsümdə ikinci dəfə qazanıb. O, noyabrda da bu mükafata layiq görülüb.
Qeyd edək ki, hollandiyalı müdafiəçi fevral ayında İngiltərə çempionatının oyunlarında iki qol vurub. O, cari mövsümdə isə 34 oyunda 3 dəfə fərqlənə bilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB