Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində keçirilən "Ayaks" - "Real Madrid" matçı qonaqların kapitanı Serxio Ramos üçün əlamətdar olub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 32 yaşlı müdafiəçi Madrid klubu ilə 600-cü matçına çıxıb.
Ramos bu göstəricidə klub tarixində 7-cidir. O, Fernando Yerro, Fransisko Xento (hər ikisi 601 oyun), Santilyana (645), Manuel Sançes (710), İker Kasilyas (725) və Rauldan (741) geri qalır.
Qeyd edək ki, 2005-ci ildən "Real"da çıxış edən ispaniyalı futbolçu bu klubla 20 müxtəlif mükafat qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB