"Mançester Yunayted"in baş məşqçisi Ole-Qunnar Sulşer gələn mövsüm də bu komandanın "sükanı arxası"nda ola bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, onun taleyi Çempionlar Liqasındakı çıxışdan asılı olacaq.
1/8 final mərhələsində PSJ ilə oyunların nəticəsi norveçli mütəxəssisin durumunu dəqiqləşdirəcək. Əgər komanda Fransa nəhəngini mübarizədən kənarlaşdırsa, o zaman rəhbərlik Sulşerə yeni müqavilə təklif edəcək və onu baş məşqçi kimi təsdiqləyəcək. Qeyd edək ki, "Mançester Yunayted"lə PSJ arasında oyunlar fevralın 12-də və martın 6-da keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB