Bu gün Bakı Olimpiya Stadionunun ehtiyat meydanında Avropa çempionatının elit-raund mərhələsinə hazırlaşan 19 yaşadək və 2001-2002-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığma komandaları arasında yoxlama oyunu keçirilib. SİA-nın məlumatına görə, U-19-un 3:1 hesabı ilə qalib gəldiyi oyunda bu komandanın qollarını Kamran Quliyev, Musa Qurbanlı və İsmayıl Zülfüqarlı vurub. Samir Əliyevin rəhbərlik etdiyi yığmanın heyətində isə Təbriz İsazadə fərqlənib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB