İdmançılarımız qaydasız döyüş üzrə beynəlxalq turnirdə mübarizə aparırlar
Belarusun Bobruysk şəhərində Beynəlxalq ProFC Federasiyasının himayəsi altında qaydasız döyüş üzrə beynəlxalq komanda turniri keçirilib. SİA-nın xəbərinə görə, "Bobruysk-Arena" idman kompleksində keçirilmiş turnirdə Azərbaycanın "Neftçi" klubunun təmsilçiləri yerli "Akademiya MMA" komandası ilə qarşılaşmışlar. Həmvətənlərimiz rinq sahiblərindən daha güclü olduqlarını nümayiş etdiriblər.
70 kq çəki dərəcəsində Bəxtiyar Arzumanov Oleq Sıriçi texniki nokautla məğlub etmiş, 76 kq çəki dərəcəsində Xamiz Məmmədov Vitali Astrovskini üstələmiş, 85 kq çəki dərəcəsində isə Ramazan Emeyev son 3 ildə xüsusi bölmələr arasında əlbəyaxa döyüş üzrə Belarus çempionu Denis Quniçdən güclü olduğunu göstərib. 85 kq-dan yuxarı çəki dərəcəsində Bəxtiyar Abbasov Dmitri Voytova, superağır çəki dərəcəsində isə Natiq Quliyev Roman Savoçoka uduzub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB