"Çelsi"nin azarkeşinə üç il stadiona girmək qadağan olunub

"Çelsi"nin azarkeşinə üç il stadiona girmək qadağan olunub

İngiltərənin "Çelsi" futbol klubunun azarkeşinə, 3 il stadiondan futbol matçlarını izləmək qadağan olunub. "Report" BBC-yə istinadən xəbər verir ki, buna səbəb 20 yaşlı Corc Bredli adlı fanatın Premyer Liqanın XVII turunda "Çelsi"nin səfərdə "Brayton"u 2:1 hesabı ilə məğlub etdiyi oyunda homofob xarakterli şüarlar səsləndirməsidir.

O, məhkəmə prosesi zamanı təqsirli olduğunu etiraf edib. London təmsilçisinin azarkeşi yalnız 2022-ci ildə stadiondan oyunları izləyə biləcək. Fanat həmçinin min avro məbləğində də cəzalandırılıb. Qeyd edək ki, "Çelsi" azarkeşləri daha öncə Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda Macarıstan "Videoton"u ilə matçda (2:2) antisemit ifadələr səsləndiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə