Babək Quliyev: “Futbolçulara milyonlarla pul xərcləməyi bir qırağa atıb, hər klub prezidenti stadionların inşasına pul ayırsın” - ÖZƏL
"2010-cu il mənim üçün karyera baxımından heç də yaxşı keçmədi. Şəxsi həyatımda isə ötən il uğurlu oldu, qız övladəm dünyaya gəldi". Bu sözləri SİA-ya açıqlamasında hakimlikdən uzaqlaşdırılmış FİFA referisi Babək Quliyev deyib. O, hakimliyə qaytarılması ilə bağlı söhbətlərin yalan olduğunu bilidirib: "Mənim kimi hakimlər onlara lazım deyil. İnanmıram çağırsınlar. Ara-sıra mətbuatdə eşidirəm belə söhbətləri. Amma hakimliyə qaytarılmağım barədə təklif gəlsə, götür-qoy edərəm".
B.Quliyev hazırda necə dolandığı barədə də danışıb: "Kiçik biznesim var idi. Camaatda pul olmadığı üçün o da işləmədi. İndi heç nə ilə məşğul deyiləm. Doslar mənə əl tuturlar".
"Şaxta babadan nə hədiyyə istəyirsiniz?" sualına B.Quliyev belə cavab verib: "Yeni ildə şaxta babadan stadionlar istəyirəm. İstərdim ki, hər klubun öz stadionu olsun. İnkişaf üçün bu vacibdir. Bir stadionda 3 klub oynayırsa, hansı inkişafdan danışa bilərik. Stadion məsələsi AFFA-nın üzərinə düşməməlidir. Futbolçulara milyonlarla pul xərcləməyi bir qırağa atıb, hər klub prezidenti stadionların inşasına pul ayırsın".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB