"Atletiko Madrid" futbolçusu Lukas Hernandeslə yeni müqavilə imzalamaq üçün danışıqlara başlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, klub rəhbərliyi fransalı oyunçunu Madrid klubundan ayrılmaq fikrindən daşındırmaq üçün bu addımı atıb. 22 yaşlı müdafiəçi ilə görüş zamanı Antuan Qrizmann, Dieqo Qodin və Koke də iştirak ediblər.
Qeyd edək ki, Hernandes 2014-cü ildən "Atletiko"da oynayır. Onunla "Bavariya"nın maraqlandığı iddia olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB