Azərbaycan Şahmat Federasiyasının mənzil qərargahında keçirilən Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilmiş beynəlxalq turnir başa çatıb. SİA-nın məlumatına görə, yeniyetmələr və təcrübəli şahmatçılar iki komanda olmaqla mübarizə aparıblar. Turnirin A komandasında beynəlxalq qrossmeysterlər Fərid Abbasov, Rüfət Bağırov, ukraynalı Eldar Gasanov, gürcüstanlı beynəlxalq usta Davit Benidze və artıq beynəlxalq usta normasını yerinə yetirmiş Kənan Heydərli yer alıb.
Gənclərdən ibarət komandanın tərkibində isə Beynəlxalq ustalar Nicat Abasov, Gəncə şəhərindən Vüqar Rəsulov, Ülvi Bacarani, 16 yaşadək yeniyetmələr arasında Azərbaycan çempionu, Masallı şahmatçısı Şücaət Orucov, Zaur Məmmədov mübarizə aparıblar.
Turnirin yekununda gənclərdən ibarət komandanın iki üzvü beynəlxalq qrossmeyster normalarını yerinə yetiriblər. Belə ki, Nicat Abasov və Gəncə şəhərinin ilk beynəlxalq qrossmeysteri olacaq Vüqar Rəsulov bu titula yiyələnmiş kişi şahmatçılarımızın sayını 18-ə çatdıracaq.
Turnirin ən çox xal toplayan şahmatçısı Nicat Abasov olub.
Qeyd edək ki, turnir təcrübəli şahmatçıların gənclər üzərində 25.5-24.5 hesablı üstünlüyü ilə başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB