“Mançester Yunayted” Mourinyoya 27 milyon avro təzminat ödəyəcək!

“Mançester Yunayted” Mourinyoya 27 milyon avro təzminat ödəyəcək!

“Mançester Yunayted”in istefaya göndərdiyi Joze Mourinyoya ödəyəcəyi təzminatın məbləği müəyyənləşib. Britaniya mətbuatının yazdığına görə, “mankunyanlar” portuqaliyalı mütəxəssisə 24 milyon funt-sterlinq (təqribən 27 milyon avro) ödəməlidir. Çünki 55 yaşlı məşqçinin Mançseter təmsilçisi ilə müqavilə müddəti 2020-ci ilin yayına qədər idi.
Mourinyo qış fasiləsindən sonra istefaya göndərilsəydi, ona ödəniləcək təzminat xeyli az olacaqdı – 18 milyon funt-sterlinq (təqribən 20 milyon avro). Qeyd edək ki, Mourinyo 2016-cı ildən "MY"-i çalışdırırdı.

Bütün xəbərlər Facebook səhifəmizdə