Hakim: “Hər yarışdan sonra gimnastlar daha yaxşı çıxış edirlər” - AÇIQLAMA
“Hər yarışdan sonra gimnastlar daha yaxşı və daha inamlı çıxış edir. Hər turnir uşaqların səviyyəsini daha da yüksəldir”. SİA-nın məlumatına görə, bunu Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə 25-ci Azərbaycan birinciliyi və 5-ci bölgələrarası kubok yarışlarının hakimi Elnarə Hüseynova deyib.
O, yarışlarda iştirak edən idmançıların yaxşı hazırlıq nümayiş etdirdiklərini qeyd edib: “Regionlarda gimnastların səviyyəsi çox yüksəlib. Bu yarışlar gimnastların gələcək nailiyyətləri üçün böyük əhəmiyyət daşıyır”.
E. Hüseynova Milli Gimnastika Arenasında yarışların hər zaman yüksək səviyyədə təşkil olunduğunu vurulayıb.
Qeyd edək ki, dekabrın 6-da start götürən yarışlar dekabrın 9-da başa çatacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB