Bu gün Topaz Premyer Liqasının 13-cü turunun təxirə salınmış oyunu keçirilib. SİA-nın məlumatına görə, “Qəbələ” doğma meydanda “Zirə” klubunu qəbul edib. Görüşdə hər iki komandaların cəhdlərinə baxmayaraq hesab açılmayıb.
Bu nəticədən sonra əyalət təmsilçisi xallarının sayını 16-ya çatdıraraq beşinci, aktivində 10 xalı olan “Zirə” isə yeddinci yerə yüksəlib.
Qeyd edək ki, “Qəbələ”-“Zirə” oyunu dekabrın 2-də hava şəraiti ilə əlaqədar təxirə salınmışdı.
Turun açılış matçında “Neftçi” səfərdə “Sabah”a (2:1), “Sumqayıt” isə doğma azarkeşlər önündə “Səbail”ə (1:0) qalib gəlib.
Tura bu gün keçiriləcək “Qarabağ”–“Keşlə” matçı ilə yekun vurulacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB