“Azərbaycan Kuboku” yarışlarında ilk gün 4 çəkidə qaliblər müəyyənləşdi
"Sərhədçi" Olimpiya Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında "Azərbaycan Kuboku" yarışları davam edir. SİA-nın məlumatına görə, respublikamızın bütün şəhər və rayonlarından 450-dən çox idmançının mübarizə apardığı yarışda ilk günün qalibləıri müəyyənləşib.
Ölkə Kubokunun proqramına əsasən yarışın ilk günündə 55, 60, 66 və 74 kq-da sərbəst güləşçilər mübarizə aparıb. Gərgin mübarizə şəraitində davam edən yarışın nəticələrinə görə yığma komandaya üzv olmaq hüququ qazanan idmançılar aşağıdakılardır.
55 kq
1. Mahmud Məhəmmədov – 1 saylı nümayəndəlik, Atasport
2. Yaşar Əliyev – 1 saylı nümayəndəlik, Neftçi İSM
3. Namiq Sevdimov – 1 saylı nümayəndəlik, DİN İC
3. Azər Paşayev – 7 saylı nümayəndəlik, Neftçi İSM
60 kq
1. Zəlimxan Hüseynov – 1 saylı nümayəndəlik, Atasport
2. Hacı Əliyev – 1 saylı nümayəndəlik, Neftçi İSM
3. Xaybulla Şaalov – 1 saylı nümayəndəlik, Atasport
3. Cəlal Süleymanov – 1 saylı nümayəndəlik, DİN İC
66 kq
1. Cəbrayıl Həsənov – 1 saylı nümayəndəlik, Zenit-İnter
2. Ruslan Dibirhacıyev – 1 saylı nümayəndəlik, Atasport
3. Ülvi Abbasov – 1 saylı nümayəndəlik, 6 UGGİM
3. Xəqan Süleymanov - 7 saylı nümayəndəlik, Qazax, Göyəzən
74 kq
1. Aqil Quliyev – 7 saylı nümayəndəlik, Gəncə
2. Aleksandr Qostiyev – 1 saylı nümayəndəlik, Atasport
3. Elcan Usubzadə - 7 saylı nümayəndəlik, Qazax, Göyəzən
3. İbrahim Yusifov - 7 saylı nümayəndəlik, Qazax, Göyəzən
Bu gün 84, 96 və 120 kq-da sərbəst güləşçilər və 55, 60 kq-da yunan-Roma pəhləvanları qoşulacaqlar.
Qeyd edək ki, Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasının qaydalarına əsasən keçirilən yarışda 1991-ci il təvəllüdlü və yuxarı yaşlı güləşçilər iştirak edirlər. Çəki dərəcələri üzrə ilk 3 yeri tutmuş idmançılar Azərbaycan Güləş Federasiyası tərəfindən müvafiq diplom, medal, tam dəst idman geyimi və pul mükafatı ilə təltif olunur və ölkə yığma komandasının heyətinə cəlb olunur.
Qalib və mükafatçılara verilən tam dəst idman geyimi xüsusi olaraq AGF üçün hazırlanıb. İdman dəstinə 2 dəst idman geyimi, şortik, bric, corab, krasovka, 2 dəst üçbucaq boğaz mayka, 2 dəst polo mayka, 2 ədəd idman çantası (böyük və balaca) daxildir.
Onu da qeyd edək ki, Azərbaycan Kuboku yarışlarında görüşlərin daha obyektiv və şəffaf keçirilməsi məqsədilə Azərbaycan Güləş Federasiyası tərəfindən qonşu dövlətlərdən olimpiya və beynəlxalq dərəcəli hakimlər dəvət edilib. Eyni zamanda, yarışları FİLA-nın instruktoru Konstantin Mixaylov da müşahidə edir. Bu, AGF-nin ölkəmizdə güləşin inkişafı üçün atdığı növbəti addımdır. Qeyd edək ki, bu gün yerli hakimlərlə yanaşı, Xorvatiya, İran, Türkiyə, Gürcüstan, Rusiya, Qırğızıstan, Yunanıstan və Özbəkistandan olan hakimlər də görüşlərin idarə edilməsində iştirak edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB