Slavko Braliç: "Neftçi”nin fanatları ən yaxşı azarkeşlərdir

Slavko Braliç: "Neftçi”nin fanatları ən yaxşı azarkeşlərdir

"Neftçi"nin müdafiəçisi Slavko Braliç klubun rəsmi saytına müsahibə verib. Özünü "Neftçi”də çox xoşbəxt hiss etdiyini bildirən xorvatiyalı futbolçu Topaz Premyer Liqası və azarkeşlərlə bağlı sualları da cavablandırıb.

- Hazırda turnir cədvəlinin ilk pilləsində məskunlaşmışıq. Qış fasiləsinə qədər bu mövqeyi qorumaq nə qədər vacibdir?

- Birinci yerdə olmağımız çox vacib amildir. Bu üstünlüyü qoruyub qış fasiləsinə lider qismində yollanmaq lazımdır. Belə olan halda, mövsümün ikinci hissəsinə daha yaxşı əhval-ruhiyyə ilə hazırlaşmaq olar.

- Özünüzü "Neftçi”də necə hiss edirisiniz?

- Çox xoşbəxt hiss edirəm. Hər oyunda ortaya maksimum bacarığımı qoymağa çalışıram.

- Sizin üçün indiyə qədər Topaz Premyer Liqasında keçirilmiş ən çətin oyun hansı olub?

- Demək olar, hər oyun çətin keçib. Hər hansı oyunu fərqləndirə bilmərəm.

- Azərbaycan çempionatının səviyyəsi gözləntilərinizi doğruldubmu?

- Bəli, çempionatın səviyyəsi kifayət qədər yüksəkdir.

- Növbəti rəqib "Sabah” haqda nə deyə bilərsiniz?

- Çox keyfiyyətli komandaları var. Nəticələr də belə deməyə əsas verir. Bu rəqiblə səfər oyununda qalib gəlmək üçün bütün bacarığımızı ortaya qoymalıyıq.

- Azarkeşlər komandanı hər zaman dəstəkləyir. Onların dəstəyini hiss edirsinizmi?

- Əlbəttə! "Neftçi”nin fanatları ən yaxşı azarkeşlərdir. Onların dəstəyi sayəsində hər oyunda özümüzü daha da inamlı hiss edirik.

Bütün xəbərlər Facebook səhifəmizdə