"Mançester Siti" ABŞ millisinin futbolçusunu transfer edəcək

"Mançester Siti" ABŞ millisinin futbolçusunu transfer edəcək

Futbol üzrə ABŞ millisinin və "Kolambus Kryu" klubunun qapıçısı Zak Steffen karyerasını Avropada davam etdirə bilər. SİA-nın məlumatına görə, qolkiper "Mançester Siti"nin hədəfinə düşüb. “Şəhərlilər” 23 yaşlı qapıçını 10 milyon dollara transfer etməyi planlaşdırır. Keçid yanvarda reallaşacaq. Tərəflər arasında danışıqlar aparılır.

Qeyd edək ki, Steffen bu mövsüm MLS-in ən yaxşı qapıçısı seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə