Co Koul karyerasını bitirib

Futbol üzrə İngiltərə millisinin sabiq üzvü Co Koul karyerasını bitirib. "Sky Sports"un yaydığı xəbərə görə, 37 yaşlı yarımmüdafiəçi futboldan getməsini özü açıqlayıb.
Qeyd edək ki, son olaraq ABŞ-ın "Tampa" klubunda oynayan Koul karyerası ərzində "Çelsi", "Liverpul", "Vest Hem, "Aston Villa" kimi klublarda çıxış edib. O, "Çelsi" ilə 3 dəfə Premyer Liqanın qalibi olub. İngiltərə millisində 56 oyun keçirən veteran futblçu 10 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə