Montsa 2024-cü ilə qədər Formula 1 Qran-Prisinə ev sahibliyi etmək üçün vəsait alıb
Lombardiya İnzibati Vilayəti (İtaliya) Formula 1 Qran-Pri yarışlarını Montsada saxlamaq uçün növbəti 5 il ərzində əlavə 25 milyon avro pul ayırmağı öhdəyə götürüb. “Corriere dello Sport” nəşri yazır ki, kral yürüşləri mərhələsinin Montsada keçirilməsi barədə hazırda qüvvədə olan kontraktın müddəti 2019-cu ilin sonunda başa çatır. Lombardiyanın idman üzrə müşaviri Martina Kambiaqi deyib: “Bu, ilk addımdır, çünki kontraktın müddətinin uzadılması və ən mühüm beynəlxalq idman hadisəsinin 2024-cü ilə qədər bizim ölkədə qalması bizim üçün prioritet məsələdir”.
Qeyd edək ki, İtaliya Qran-Prisi Formula 1 yarışlarının 1950-ci ildə keçirilmiş birinci mövsümündən başlayaraq, 1980-ci il istisna olmaqla, həmişə Montsada keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB