"Beşiktaş" futbol klubunun azarkeşləri, UEFA Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda “Genk”lə səfər oyunundan (2:4) sonra İstanbul klubunun üzvü Rikardo Kuarejmanı fitə basıb. “Gola.com”un yaydığı məlumata görə, portuqaliyalı futbolçu qarşılaşmadan sonra bu barədə açıqlama verib. O, komandaya lazım olmayacağı təqdirdə klubu tərk edəcəyini bildirib: “Yaxşı oynamağa çalışdıq, amma olmadı. Şans bizim tərəfimizdə deyildi. Lakin qarşıda hələ çox oyun var. Səhvlərimizi görüb, qarşıdakı oyunlarda düzəltməyə çalışacağıq. Komandaya artıqlıq edirəmsə, gedərəm.” Qeyd edək ki, 35 yaşlı yarımmüdafiəçi İstanbul təmsilçisinə 2015-ci ildə “Portu”da transfer olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB