Pyer Qasli və Brendon Hartli cəzalandırılıblar

Pyer Qasli və Brendon Hartli cəzalandırılıblar

“Toro Rosso”nun pilotları Pyer Qasli və Brendon Hartli Formula 1 ABŞ Qran-Prisində pelotonun sonundan start götürəcəklər. SİA-nın məlumatına görə, hər iki pilotun maşınları “Honda”nın yenilənmiş mühərrikləri ilə təchiz edilib. Mühərrikləri dəyişdirmək üçün limiti aşmaq lazım gəlib. Buna görə də pilotlar cəzalandırılaraq start düzülüşündə bir sıra mövqelərindən məhrum ediliblər.

Daha əvvəl verilən məlumata görə, “Ferrari”nin pilotu Sebastyan Fettel də cümə günü məşqləri zamanı qaydaları pozduğuna görə start düzülüşündə üç mövqeyini itirib.

Bütün xəbərlər Facebook səhifəmizdə