Veteran güləşçimiz Musa Mirzəyev dünya çempionu olub

Veteran güləşçimiz Musa Mirzəyev dünya çempionu olub

Makedoniyanın paytaxtı Skopyedə sərbəst, Rusiyanın Perm şəhərində isə yunan-Roma güləşi üzrə veteranlar arasında dünya çempionatı keçirilib. Sərbəst güləşçilərin yarışında “B” qrupunda Mayis İbadov (70 kq) gümüş medal qazanıb.

Yunan-Roma güləşi üzrə mübarizədə isə Musa Mirzəyev (130 kq) “A” qrupunda dünya çempionu olub, Rövşən İsmayılxanlı (130 kq) “D” qrupunda ikinci yeri tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə