Şahmat üzrə Azərbaycan Komanda çempionatı başa çatıb. Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Respublika Şahmat Mərkəzində (klub) 7 komandanın mübarizə apardığı çempionat dairəvi sistemlə keçirilib. Azərbaycan Komanda çempionatının qalibi adına Bakı şəhər 1 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat-Dama Məktəbinin komandası sahib çıxıb. İkinci yerə Göyçay, üçüncü pilləyə isə Gənclik yiyələnib.
Qeyd edək ki, çempionatın baş hakimi beynəlxalq hakim Nurəli Məmmədzadə olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB