Yurgen Klopp: "Paltardəyişmə otağında hamı rəqs edirdi”

Yurgen Klopp: "Paltardəyişmə otağında hamı rəqs edirdi”

"Liverpul"un baş məşqçisi Yurgen Klopp Premyer Liqada "Çelsi" ilə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra fikirlərini bildirib. SİA-nın məlumatına görə, alman mütəxəssis nəticənin onları qane etdiyini deyib: “Bir səhv etdik və rəqib bundan yararlandı. İlk hissə bitdikdən sonra futbolçularıma "Eyni qaydada oynayın, səhv etsək də, qazana bilərik", dedim. Çox sürətli oyun oldu. Burda oynamaq həmişə çətin olur. Daniel Starric gözəl qol vurdu. Matçdan sonra paltardəyişmə otağında hamı rəqs edirdi”.

Bütün xəbərlər Facebook səhifəmizdə