Dünyanın ən qoca referisi vəfat etdi

Dünyanın ən qoca referisi vəfat etdi

İngiltərəli sabiq hakim Uilyam Hardi vəfat edib. SİA BBC-yə istinadən xəbər verir ki, 88 yaşına kimi işləyən referi 92-ci doğum gününə iki gün qalmış - çərşəmbə günü dünyasını dəyişib.

Qeyd edək ki, Uilyam Hardi 1959-ci ildə hakimliyə başlayıb və 2015-2016 mövsümündə karyerasını başa vurub. O, 3000-dən artıq oyun idarə edib. U.Hardi 2013-cü ildə futbola xidmətə görə, 2014-cü ildə isə "Britaniya İmperiyası" medalı ilə təltif olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə