"Milan"ın sabiq prezidenti Silvio Berluskoni yeni klub alıb. SİA-nın məlumatına o, İtaliyanın C seriyasında çıxış edən Monza klubunun satın alınması ilə bağlı razılıq əldə edib. "Rossoneri"nin sabiq vitse-prezidenti Adriano Qalliani "Monza"nın icraçı direktoru vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Silvio Berluskoni 1986-2017-ci illərdə "Milan"ın sahibi olub. Klub onunla 8 dəfə İtaliya çempionuluğunu və 5 dəfə Çempionlar Liqasını qazanıb. O, klubu 2017-ci ildə 860 milyon dollara çinli iş adamı Li Yunxuna satıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB