Dilan Duventru "Zirə”də qol hesabını açıb. SİA-nın məlumatına görə, fransalı yarımmüdafiəçi Topaz Premyer Liqasının V turunun "Neftçi” ilə görüşündə fərqlənib. O, 1:2 hesabı ilə uduzan komandasının yeganə qolunun müəllifi olub.
"Mavi-qırmızı" formada keçirdiyi 3-cü qarşılaşmada ilk qolunu vuran fransalı Diventru klub tarixinə bunu bacaran 48-ci futbolçu kimi düşüb. Duventru "Zirə”də qol sevinci yaşayan ilk fransalıdır.
29 yaşlı oyunçu Premyer Liqada rəqib qapısına yol tapan 27-ci futbolçudur. Duventru "Zirə”də ümumilikdə qol vuran 17-ci, buna Premyer Liqada nail olan 13-cü legionerdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB