"Qarabağ”ın futbolçusu zədəsindən danışıb

Futbol üzrə Bolqarıstan millisinin heyətində UEFA Millətlər Liqasının 2-ci turunun Norveçlə oyunu öncəsi zədələnən "Qarabağ”ın yarımmüdafiəçisi Simeon Slavçev zədəsindən danışıb. 24 yaşlı futbolçu klubun mətbuat xidmətinə açıqlamasında tez sağalıb komandaya kömək etmək istəyidiyini bildirib: "Millətlər Liqasında Norveçlə oyunöncəsi isinmə hərəkətlərini yerinə yetirərkən bud nahiyəmdəki əzələmdən zədə aldım. Bir neçə gündən sonra məşqlərə başlayacağam. Ən qısa müddət ərzində tam sağalıb komandama kömək etmək üçün əlimdən gələni edəcəyəm. Azarkeşlərimizə də son günlərdə göstərdikləri dəstəyə görə təşəkkür edirəm".

Xatırladaq ki, Slavçevin sentyabrın 20-də Avroliqanın qrup mərhələsində "Sportinq"lə səfərdə keçiriləcək görüşü buraxacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə